Sual – Cavab

  • Fiziki şəxsin vergi uçotuna alınması (VÖEN açılması) üçün nə etmək lazımdır?

    Zəruri olan sənədlərin siyahısı:

    • Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ərizə;
    • Fiziki şəxsin şəxsiyyətini  təsdiq edən sənədin əsli və surəti;

    Sənədin icra müddəti və xidmətin göstərilməsinin nəticəsi:

    • İcra müddəti 2 iş günü;
    • Fiziki şəxsin sahibkarlıq uçotu  haqqında şəhadətnamənin təqdim edilməsi.

    Dövlət rüsumunun məbləği:

    Fiziki şəxsin vergi uçotuna alınması dövlət rüsumundan azaddır.

  • Yerli investisiyalı kommersiya hüquqi şəxslərinin (MMC və s.) dövlət qeydiyyatına alınması üçün nə etmək lazımdır?

    Zəruri olan sənədlərin siyahısı:

    • Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ərizə (notariat qaydasında təsdiq olunmalıdır);
    • Təsisçi-fiziki şəxslər barədə məlumat formaları;
    • Təsisçi-hüquqi şəxslər barədə məlumat formaları;
    • Təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə 2 nüsxədə;
    • Qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış qərar;
    • Müşahidə şurasının üzvləri barədə məlumat – ərizə təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə (şəxsiyyət vəsiqəsinin surətlərinin ərizəyə əlavə edilir);
    • Hüquqi ünvanı təsdiq edən sənəd; (mülkiyyətçi fiziki şəxs olduqda razılıq ərizəsi notarial qaydada təsdiq edilir, Hüquqi şəxs olduqda möhürlə təsdiqlənir, mülkiyyəti təsdiq edən sənəd təqdim edildikdə onun surəti notarial qaydada təsdiq edilməlidir.)
    • Nizamnamə kapitalının və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
    • Etibarnamə (əgər sənədlər təsisçi tərəfindən deyil səlahiyyətli nümayəndə tərəfindən imzalandıqda və/və ya təqdim edildikdə  notarial qaydada təsdiq edilir, təsisçi hüquqi şəxs olduqda isə hüquqi şəxsin möhürü ilə təsdiq edilir);
    • Təsisçilərin və rəhbərin şəxsiyyət vəsiqəsinin surətləri.

    Sənədin icra müddəti və xidmətin göstərilməsinin nəticəsi:

    • İcra müddəti 3 iş günü;
    • Qeydiyyata alınmış hüquqi şəxsə aşağıdakı sənədlər təqdim edilir:
    • Hüquqi şəxsin nizamnaməsi.
    • Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi (VÖEN).
    • Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışı.
    Dövlət rüsumunun məbləği:
    Yerli investisiyalı kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması  – 11 manat.
    Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı – 3 manat.
  • Xarici investisiyalı kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması üçün hansı sənədlər lazımdır?

    Zəruri olan sənədlərin siyahısı:

    • Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə (notariat qaydasında təsdiq olunmalıdır);
    • Təsisçi-fiziki şəxslər barədə məlumat (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səxsiyyətini təsdiq edən sənədin (pasport) surətləri ərizəyə əlavə edilir.)
    • Təsisçi-hüquqi şəxslər barədə məlumat formaları;
    • Təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə 2 nüsxədə;
    • Qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış qərar;
    • Təsisçi xarici hüquqi şəxsdirsə, onun qeydiyyatını təsdiq edən sənəd – ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və s. (bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır);
    • Təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onun hər hansı bir ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmasını təsdiq sənəd (leqallaşdırılmalıdır);
    • Müşahidə şurasının üzvləri barədə məlumat – ərizə təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə (səxsiyyət vəsiqəsinin (pasport) surətləri ərizəyə əlavə edilməlidir);
    • Hüquqi ünvanı təsdiq edən sənəd; (mülkiyyətçi fiziki şəxs olduqda razılıq ərizəsi notarial qaydada təsdiq edilir, Hüquqi şəxas olduqda möhürlə təsdiqlənir, mülkiyyəti təsdiq edən sənəd təqdim edildikdə onun surəti notarial qaydada təsdiq edilməlidir.)
    • Nizamnamə kapitalının və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
    • Etibarnamə (əgər sənədlər təsisçi tərəfindən deyil səlahiyyətli nümayəndə tərəfindən imzalandıqda və/və ya təqdim edildikdə  notarial qaydada təsdiq edilir, təsisçi hüquqi şəxs olduqda isə hüquqi şəxsin möhürü ilə təsdiq edilir), etibarnamə müvafiq qaydada leqallaşdırılmalıdır.

    Sənədin icra müddəti və xidmətin göstərilməsinin nəticəsi:

    • İcra müddəti 3 iş günü;
    • Qeydiyyata alınmış hüquqi şəxsə aşağıdakı sənədlər təqdim edilir:
    • Hüquqi şəxsin nizamnaməsi;
    • Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi (VÖEN);
    • Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışı.
    Dövlət rüsumunun məbləği:
    Xarici investisiyalı kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması  – 11 manat.
    Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı – 3 manat.
  • Xarici kommersiya hüquqi şəxslərinin nümayəndəliyi və ya filialının dövlət qeydiyyatına alınması üçün nə etmək lazımıdır?

    Zəruri olan sənədlərin siyahısı:

    • Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə  (notariat qaydasında təsdiq olunmalıdır);
    • Təsisçi-hüquqi şəxslər barədə məlumat;
    • Nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə 2 nüsxədə;
    • Nümayəndəliyin və ya filialın yaradılması və onun rəhbərinin və ya qanuni təmsilçisinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;
    • Nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər – qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti (müvafiq qaydada leqallaşdırılmalıdır);
    • Nümayəndəliyin və ya filialın hüquqi ünvanını təsdiq edən sənəd; (mülkiyyətçi fiziki şəxs olduqda razılıq ərizəsi notarial qaydada təsdiq edilir, Hüquqi şəxs olduqda möhürlə təsdiqlənir, mülkiyyəti təsdiq edən sənəd təqdim edildikdə onun surəti notarial qaydada təsdiq edilməlidir.)
    • Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
    • Etibarnamə (əgər sənədlər təsisçi tərəfindən deyil səlahiyyətli nümayəndə tərəfindən imzalandıqda və/və ya təqdim edildikdə  notarial qaydada təsdiq edilir, təsisçi hüquqi şəxs olduqda isə hüquqi şəxsin möhürü ilə təsdiq edilir), etibarnamə müvafiq qaydada leqallaşdırılmalıdır.
    • Rəhbərə verilmiş etibarnamə notarial qaydada təsdiq edilir və müvafiq qaydada leqallaşdırılır.

     

    Sənədin icra müddəti və xidmətin göstərilməsinin nəticəsi:

    • İcra müddəti 3 iş gün;
    • Qeydiyyata alınmış hüquqi şəxsə aşağıdakı sənədlər təqdim edilir;
    • Xarici hüquqi şəxsin filial və nümayəndəliyinin əsasnaməsi;
    • “Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi (VÖEN);
    • Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışı.
    Dövlət rüsumunun məbləği:
    Xarici hüquqi şəxslərin filialı və nümayəndəliklərinin qeydiyyatı – 220 manat

    Xidməti həyata keçirən orqan: Azərbaycan Respublikasının Vergilər Nazirliyi

  • Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin notarial qaydada təsdiq edilməsi üçün hansı sənədlər lazımdır və rüsum nə qədərdir?

    Zəruri olan sənədlərin siyahısı:

    1. Nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsi
    2. Etibar edilənin sürücülük vəsiqəsi
    3. Tərəflər arasında qohumluq münasibətlərini təsdiq edən sənədlər (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının vеrdiyi sənədlər) və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi.

     

    İştirak etməli olan şəxslərin siyahısı:

    Əmlakın mülkiyyətçisi və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi

    Dövlət rüsumunun (haqqın) məbləği:

    1. etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilərsə- dövlət rüsumu 5 manat, xidmətə görə tutulan haqq- 0,75 manat
    2. etibarnamə digər vətəndaşlara və ya hüquqi şəxslərə verilərsə dövlət rüsumu 10 manat, xidmətə görə tutulan haqq- 1,50 manat.

     

    Qeyd: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən  avtonəqliyyat vasitələrinin sahiblərinin  mülki məsuliyyətinin sığortası icbaridir.

  • Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial təsdiqi üçün hansı sənədlər lazımdır?

    Zəruri olan sənədlərin siyahısı:

    1) əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd
    2) əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış
    3) mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi
    4) daşınmaz əmlakın satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı
    5) yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığı.

    İştirak etməli olan şəxslərin siyahısı:

    1. əmlakın mülkiyyətçisi və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi
    2. alıcı və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi.

     

     Dövlət rüsumunun (haqqın) məbləği:

    1. müqаvilə üzrə əmlаk ərə (аrvаdа), uşаqlаrа, vаlidеynlərə, bаbаyа, nənəyə, nəvəyə, qаrdаşа, bаcıyа kеçirsə – dövlət rüsumu 20 mаnаt, хidmətə görə tutulаn hаqq – 3 mаnаt
    2. müqаvilə üzrə əmlаk bаşqа şəхslərə kеçirsə:
    • Bаkı şəhərində dövlət rüsumu – 200 mаnаt, хidmətə görə tutulаn hаqq – 30 mаnаt
    • digər şəhər və rаyоnlаrdа – dövlət rüsumu 80 mаnаt, хidmətə görə tutulаn hаqq  – 12 mаnаt.

    Qeyd 1: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi və fiziki şəxslərə məxsus daşınmaz əmlakın sığortası icbaridir.

    Məlumat üçün bildiririk ki, daşınmaz əmlakın icbari sığortası “ASAN xidmət” mərkəzlərində həyata keçirilə bilər.

  • Daşınmaz əmlakın bir şəxdən tərəfindən digər şəxsə bağışlanması üçün nə etmək lazımdır?

    Daşınmaz əmlakın bağışlanması notarial qaydada həyata keçirilir.

    Zəruri olan sənədlərin siyahısı:

    1. Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd
    2. Əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış
    3. Mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi
    4. Daşınmaz əmlakın bağışlanmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı
    5. Yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığı.
    6. Tərəflər arasında qohumluq münasibətlərini təsdiq edən sənədlər (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının vеrdiyi sənədlər) və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi.

    İştirak etməli olan şəxslərin siyahısı:

    1. Hədiyyə vеrən və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi
    2. Hədiyyə аlаn və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi

    Dövlət rüsumunun (haqqın) məbləği:

    1. müqаvilə üzrə əmlаk ərə (аrvаdа), uşаqlаrа, vаlidеynlərə, bаbаyа, nənəyə, nəvəyə, qаrdаşа, bаcıyа kеçirsə – dövlət rüsumu 20 mаnаt, хidmətə görə tutulаn hаqq – 3 mаnаt
    2. müqаvilə üzrə əmlаk bаşqа şəхslərə kеçirsə:
    • Bаkı şəhərində dövlət rüsumu – 200 mаnаt, хidmətə görə tutulаn hаqq – 30 mаnаt
    • digər şəhər və rаyоnlаrdа – dövlət rüsumu 80 mаnаt, хidmətə görə tutulаn hаqq  – 12 mаnаt.

    İcarə müqaviləsinin notarial qaydada təsdiq edilməsi üçün nə etmək lazımdır?

  • Zəruri olan sənədlərin siyahısı:

    1. Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
    2. Mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi;
    3. Daşınmaz əmlakın icarəyə verilməsinə ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı;
    4. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış.

    İştirak etməli olan şəxslərin siyahısı:

    1. İcаrəyə vеrən və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi;

    2. İcаrəyə götürən və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi.

    Dövlət rüsumunun məbləği:

    1. Tərəflər ər(аrvаd), uşаqlаr, vаlidеynlər, bаbа, nənə, nəvə, qаrdаş, bаcıdаn ibаrətdirsə – dövlət rüsumu 10 mаnаt, хidmətə görə tutulаn hаqq – 1,50 mаnаt;

    2. Tərəflərdən biri kənd təsərrüfаtı məhsullаrının istеhsаlı ilə məşğul оlаn fiziki və yа hüquqi şəхsdirsə – dövlət rüsumu 10 mаnаt, хidmətə görə tutulаn hаqq – 1,5 mаnаt;

    3. Tərəflər digər fiziki və hüquqi şəхsdirsə – dövlət rüsumu 80 mаnаt, хidmətə görə tutulаn hаqq  12 mаnаt.

  • Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün nə etmək lazımdır?

    Sürücülük vəsiqəsinin dəyişdirilməsi aşağıdakılardan biri baş verdikdə həyata keçirilir:

    1. Etibarlıq müddətinin qurtarması;
    2. Sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
    3. Yazılarında dəqiqsizlik müəyyən edilməsi;
    4. Yararsız hala düşməsi;
    5. İtirilməsi;
    6. Yeni nümunəsinin Qanunla müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.

    Zəruri olan sənədlərin siyahısı:

    1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
    2. Sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla);
    3. Qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd (sürücülük vəsiqəsinin yazılarında dəqiqsizlik müəyyən edilməsi halı istisna olmaqla);
    4. 60 və daha çox yaşı olan şəxslər üçün, eləcə də siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün tibbi arayış.

    Dövlət rüsumunun məbləği:

    Sürücülük vəsiqəsinin dəyişdirilməsi – 18 manat.

    Qeyd:
    Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız  həyata keçirilir.

    Xidməti həyata keçirən orqanAzərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

  • Şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi üçün nə etmək lazımdır?
    Vətəndaşların şəxsiyyət vəsiqəsinin verilməsi
    Şəxsiyyət vəsiqəsinin 2 növü vardır:
    1) 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi;
    2) 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.
    16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi qanuni nümayəndəsi müraciət etdikdən sonra aşağıdakı sənədlər əsasında verilir: 

    • Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
    • Doğum haqqında şəhadətnamə (surəti ilə birlikdə);
    • Qan qrupu haqqında tibbi arayış və ya Elektron Sağlamlıq Kartı;
    • Yaşayış sahəsinə köçmək  üçün  əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına  alınması  haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə  müqaviləsi, vətəndaşa  yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);
    • Qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd.
    16 yaşı tamam olmuş vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir:
    • Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır) (ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən göstərilən ərizə bir qayda olaraq valideynlərdən biri və ya qanuni nümayəndəsi ilə birgə imzalanır);
    • Şəxsiyyət vəsiqəsi (olduğu halda) və doğum haqqında şəhadətnamə (surəti ilə birlikdə);
    • Şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə,  nikahın bağlanması haqqında   şəhadətnamə, nikah pozulduqda nikahın pozulması  haqqında   şəhadətnamə;
    • Yaşayış sahəsinə köçmək  üçün  əsas  verən   sənəd (mülkiyyət   hüququnun   dövlət qeydiyyatına  alınması  haqqında  daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya  kirayə  müqaviləsi,  vətəndaşa  yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);
    • Tibbi arayış (qan qrupu, boyu, gözün rəngi);
    • 2 ədəd fotoşəkil (bir neqativdən eyni ölçüdə çıxarılmış (rəngli 3×4), sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş fotoşəkil);
    • Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
    • Şəxsiyyət vəsiqəsini almaq üçün şəxsin qanuni nümayəndəsi ərizə ilə müraciət etdikdə, qanuni nümayəndənin (valideynlərinin) hüquqlarını təsdiq edən sənədi;
    • İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet (çağırışçılar və hərbi vəzifəlilər).
    Vətəndaşların şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi
    25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdirildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.
    Azərbaycan Respublikası vətəndaşlarının 25, 35, 50 yaşına çatdıqda şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:
    • Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
    • Şəxsiyyət vəsiqəsinin ksero-surəti (əsli təqdim edilməklə);
    • Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
    • Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3×4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil.

    Azərbaycan Respublikası vətəndaşlarının ailə vəziyyəti dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:

    •  Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
    •  Şəxsiyyət vəsiqəsinin ksero-surəti (əsli təqdim edilməklə);
    •  Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
    •  Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3×4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;
    •  Ailə vəziyyəti dəyişdikdə – vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş sənədlər (nikahın bağlanması və ya pozulması haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə).

    Azərbaycan Respublikası vətəndaşlarının  vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:

    • Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
    • Şəxsiyyət vəsiqəsinin ksero-surəti (əsli təqdim edilməklə);
    • Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
    • Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3×4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;
    • Adın, ata adının və soyadın dəyişdirilməsi barədə şəhadətnamə (soyad ailə vəziyyətinin dəyişməsi ilə əlaqədar dəyişdikdə nikahın bağlanması və ya pozulması haqqında şəhadətnamə).

    Azərbaycan Respublikası vətəndaşlarının hərbi vəzifəsi dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:

    • Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
    • Şəxsiyyət vəsiqəsinin ksero-surəti (əsli təqdim edilməklə);
    • Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
    • Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3×4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;
    • Hərbi bilet və ya təhkim şəhadətnaməsi.

    1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərin və onların «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarının şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:

    • Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
    • Şəxsiyyət vəsiqəsinin ksero-surəti (əsli təqdim edilməklə);
    • Dövlət rüsumunun ödənilməsi barədə sənəd (6 manat);
    • Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3×4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;
    • Ailə vəziyyəti dəyişdikdə – vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş sənədlər (nikahın bağlanması və ya pozulması haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə).

    Azərbaycan Respublikası vətəndaşlarının  yaşayış yeri dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:

    • Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
    • Şəxsiyyət vəsiqəsinin ksero-surəti (əsli təqdim edilməklə);
    • Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
    • Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3×4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;
    • Ev, mənzil barədə müvafiq sənədlər (qeydiyyat vəsiqəsi, çıxarış, order);
    • Vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi;
    • Hərbi bilet və ya təhkim şəhadətnaməsi.

    Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri itirildikdə zəruri olan sənədlər:

    • Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
    • Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3×4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;
    • Dövlət rüsumunun ödənilməsi barədə sənəd.
    Dövlət rüsumunun məbləği:
    16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.
    16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:
    on gün müddətində verildikdə və ya dəyişdirildikdə 5 manat
    üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat
    bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 35 manat

    Qeyd:

    Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir.
    Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsinə görə qaçqınlar, məcburi köçkünlər, 16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları dövlət rüsumunu ödəməkdən azad olunurlar.
    Şəxsiyyət vəsiqəsinin itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən 30 manat miqdarında cərimə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir