Məqsədimiz

Hər bir cəmiyyətdə əsas rol oynayan peşəkarlar qrupuna heç şübhəsiz hüquqşünaslar da daxildir.

Huquqsunas.az veb səhifəsinin yaradılmasında məqsədimiz Azərbaycanda hüquqi cəmiyyətin formalaşmasına bacardığımız köməyi göstərməkdir. Portalda olan yazılardan, sənədlərdən həm peşəkar fəaliyyətlə məşğul olan hüquqşünaslar, həm bu sahədə təhsil alan tələbələr, həm də bu sahə ilə bu və ya digər şəkildə əlaqəsi olan, maraq göstərən şəxslər yararlana bilər.

Hüquqlarımızı bilmədən hüquqi cəmiyyət qura bilmərik! Bu işdə hamı bir nəfər kimi iştirak etməli və hüququn aliliyini dərk etməlidir. Çünki çox yaxşı bilirik ki hüquqi dayaqları möhkəm olmayan cəmiyyətdə rifahdan söz gedə gilməz. Hüquqi dayaq üzərində qurulmayan dövlət və cəmiyyət süquta məhkumdur.

Gəlin hüquqlarımızı öyrənək, hüququ təbliğ edək, təkmilləşdirək və ən azından heç nə edə bilmiriksə bu işlə məşğul olanlara hörmət edək və qanunlara hörmətlə yanaşaq!

 

Huquqsunas.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir