Elektron Poçt əldə etmək

fb-reklam

Peşəkar elektron poçt ünvanına sahib olmaq hər sahənin mütəxəssisinin işgüzar görüşlərdəki imici üçün vacib ünsürlərdən biridir. Bu amil xüsusilə hüquq sahəsi ilə məşğul olan şəxslərin işgüzar görüşləri zamanı özünü daha çox biruzə verir. Əməkdaşlıq etdiyiniz şəxsə təqdim edəcəyiniz vizit kartınızda korporativ elektron poçt ünvanınızın olması sizə olan sayğınlığın daha da artmasına səbəb olur və peşəkar iş üslubunuzdan xəbər verir.

Bununla belə, bəzən elə hallar olur ki, çox yaxşı statusa, biliyə və imicə sahib olan bir peşəkarın təqdim etdiyi vizit kartda hər hansı ümumi istifadədə olan (məsələn, gmail, yahoo, mail.ru və s.) elektron poçt ünvanı göstərilir ki, bu da daha çox qeyri-peşakar imicin formalaşmasına gətirib çıxarır.

Huquqsunas.az portalı hüquq sahəsində çalışan peşəkar hüquqşünaslar, o cümlədən bu sahədə yerli və xarici universitetlərdə təhsil olan tələbələrə huquqsunas.az domeni ilə elektron poçt ünvanı əldə etmək imkanı verir.

Elektron poçt ünvanını əldə etmək üçün aşağıdakı formanı doldurmağınız kifayətdir.

Müraciət formasına keçid

Müraciət formasını doldurduqdan sonra yeni elektron poçtunuzun detalları sizə göndərilir.

Bundan sonra huquqsunas.az portalının əsas səhifəsindəki Elektron Poçt Girişi bölməsindən və ya aşağıdakı linkdən huquqsunas.az domeni ilə elektron poçtunuza daxil ola və onu idarə edə bilərsiniz.

Untitled-1

Qeyd: Elektron poçt ünvanlarının sayı məhduddur və yalnız müraciət edən şəxsin profilinə uyğun olaraq veriləcəkdir.