Azərbaycanda Özəl Sığortaçılığın 25 ili – GENİŞ TƏHLİL – 1-ci yazı


Yaxın keçmişə tənqidi baxış

Azərbaycanda sığortanın inkişafını üç dövrə ayırırlar. Birinci dövr XIX əsrin ortalarından Azərbaycanda Sovet hakimiyyətinin qurulmasınadək olan müddəti əhatə edir. Bu dövrdə sığortanın inkişafı xarici investisiyanın neft sənayesinə cəlb edilməsi ilə əlaqədar başlanmışdır. Sığortanın əsasən könüllü forması tətbiq edilirdi.

DAVAMINI OXU “Azərbaycanda Özəl Sığortaçılığın 25 ili – GENİŞ TƏHLİL – 1-ci yazı”

Sığorta bazarının təhsil problemi necə həll edilməlidir? – ŞÜKÜR HÜSEYNOV

beynelxalq sigorta forumu, həlli yolları, sigorta bazari sigorta bazari, sigorta sahesi, sığorta eksperti, Şükür Hüseynov, tehsil meselesi, təhsil problemi, təlimçiAzərbaycanda keçirilən son Beynəlxalq Sığorta Forumlarında, habelə digər əlaqəli tədbirlərdə də vurğulandığı kimi, hazırda Azərbaycanın sığorta bazarı daha yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Məlumdur ki, sığorta bazarının nizama salınmasının ilkin mərhələsi 90-cı illərin sonunda başlanmışdır.

DAVAMINI OXU “Sığorta bazarının təhsil problemi necə həll edilməlidir? – ŞÜKÜR HÜSEYNOV”

Sığortada zərər tənzimləyicisi nədir?

Sığortada zərər tənzimləyicisi nədir?Sığorta sənayesinin ən vacib oyunçulardan olan zərər tənzimləyiciləri (loss adjusters) bir qayda olaraq sığorta şirkətlərində fəaliyyət göstərirlər. Onları sığorta iddiaları üzrə mütəxəssislər kimi də qəbul etmək olar. İnkişaf etmiş ölkələrin əksəriyyətində zərər tənzimləyiciləri müvafiq Davranış Məcəlləsi əsasında fəaliyyət göstərməli və Zərər Tənzimləyicilərinin Çarter İnstitutunun üzvü olmalıdırlar. Zərər tənzimləyiciləri minimum iki il təhsil almalı və sonda müvafiq qaydada test imtahanı verməlidirlər.

DAVAMINI OXU “Sığortada zərər tənzimləyicisi nədir?”

Əmlak sığortası müqaviləsini necə düzgün bağlamalı?

Emlak-sigortasi-muqavilesini-nece-duzgun-baglamali
Əmlak sığortası müqaviləsini necə düzgün bağlamalı?

Sığorta münasibətlərininin inkişaf etdiyi dövrümüzdə mübahisə predmeti olan halların sayı da xeyli artmışdır. Mövcud durumu təhlil edərkən, aydın olur ki, bu cür ziddiyyətlərin ilkin əsası hələ sığorta müqaviləsinin bağlanması  mərhələsində qoyulur.

DAVAMINI OXU “Əmlak sığortası müqaviləsini necə düzgün bağlamalı?”

Sığorta işinin təşkili – 5-ci yazı

Sığorta işində mərkəzləşmə və funksiyaların digər orqanlara verilməsi (desentralizasiya)

Sığorta şirkətinin praktik fəaliyyəti üçün onun şöbələrinin daxili və şirkətdənkənar xidmətlər üzrə bölmələrə ayrılması mühüm əhəmiyyət kəsb edir.

Daxili xidmət şöbələri baş, yaxud mərkəzi ofisləri nəzərdə tutur.

DAVAMINI OXU “Sığorta işinin təşkili – 5-ci yazı”

Sığorta işinin təşkili – 4-cü yazı

Sığorta fəaliyyətinin yeni formaları

Son vaxtlar sığorta şirkətləri öz fəaliyyətlərinin səmərəliliyini artırmaq üçün işlərinin təşkil olunmasında daha çox yeni, ənənəvi olmayan formalara üstünlük verirlər. Bu cür formalara aiddir:

DAVAMINI OXU “Sığorta işinin təşkili – 4-cü yazı”

Sığorta işinin təşkili – 3-cü yazı

Yazının 1-ci hissəsini buradan oxuya bilərsiniz

Yazının 2-ci hissəsini buradan oxuya bilərsiniz

Sığorta şirkətinin təşkilati stukturu   

Sığorta şirkətinin təşkilati strukturunun səmərəliliyinin ən vacib meyarı onun, müştərilərin tələbləri yönümündə qurulmasıdır. Başqa sözlə, şirkət elə struktura malik olmalıdır ki, o, müştərilərin bütün arzu və tələblərini təmin edə bilsin.

DAVAMINI OXU “Sığorta işinin təşkili – 3-cü yazı”

Sığorta işinin təşkili – 2-ci yazı

Yazının 1-ci hissəsini buradan oxuya bilərsiniz

Yazının 3-cü hissəsini buradan oxuya bilərsiniz

Sığorta haqları

Sığorta xidmətlərinin göstərilməsi üçün eyni zamanda sığortalı olan QSC-nin üzvləri sığorta haqlarını ödəməlidirlər. Sığorta haqlarını avans olaraq, yaxud keçmiş tarixlə ödəmək mümkündür. Avans olaraq ödənilən, yaxud əvvəlcədən ödənilən sığorta haqları gələcəkdə fərz olunan pul tələbatını ödəmək üçün tutulur. Əgər ödənilmiş sığorta haqları məbləğinin baş verən zərərlərin ödənilməsi üçün yetərli olmadığı aşkar olunarsa, o halda nizamnamədə həmin hadisə ilə bağlı cəmiyyətin üzvlərindən əlavə haqların tutulması, yaxud göstərilən sığorta haqlarının həcminin azaldılması imkanı nəzərdən keçirilə bilər.

DAVAMINI OXU “Sığorta işinin təşkili – 2-ci yazı”

Sığorta işinin təşkili – 1-ci yazı

 

Yazının 2-ci hissəsini buradan oxuya bilərsiniz

Yazının 3-cü hissəsini buradan oxuya bilərsiniz

Sığorta fəaliyyətinin düzgün təşkili hər hansı sığortaçının gələcək uğurlarında başlıca şərtdir. Hazırda sığortaçılar dünya sığortasının ən yeni texnologiyalarını öz fəaliyyətlərində tətbiq etməklə daha böyük nailiyyətlər qazanmağa çalışırlar.

DAVAMINI OXU “Sığorta işinin təşkili – 1-ci yazı”

SIĞORTANIN ƏSASLARI – 3-cü yazı

Fərdi və sosial sığorta

Əksər ölkələrdə sığorta iki böyük sahəyə ayrılır: fərdi və sosial sığorta. Onların arasında prinsipial fərqlər vardır.

Fərdi sığorta

Fərdi sığorta dedikdə, özəl (kommersiya) sığorta şirkətlərinin məşğul olduğu sığorta başa düşülür. Ona görə də çox vaxt “fərdi sığorta” termini əvəzinə “özəl sığorta” terminindən istifadə olunur. Fərdi sığorta sığortaçı ilə sığortalı arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Həmin müqavilədə sığortanın bütün konkret şərtləri öz əksini tapır. Sığorta haqları sığortaçı tərəfindən hesablanır. Burada iqtisadi təsəvvürlər, sığortalanan risklərin səciyyəvi xüsusiyyətləri və təklif olunun sığorta təminatının həcmi əsas götürülür.

DAVAMINI OXU “SIĞORTANIN ƏSASLARI – 3-cü yazı”