Podrat Müqaviləsi nədir? + Nümunəvi forma

Mülki Məcəlləyə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

DAVAMINI OXU “Podrat Müqaviləsi nədir? + Nümunəvi forma”

Sadə Borc müqaviləsi formaları

Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Huquqsunas.az pul vəsaitinin borca verilməsi barədə sadə borc müqaviləsi formalarını təqdim edir.

DAVAMINI OXU “Sadə Borc müqaviləsi formaları”

Nikah müqaviləsi nə deməkdir və bağlanması məcburi xarakter daşıyırmı?

Nikah müqaviləsi – nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edənsazişdir. Nikah müqaviləsi ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən edilmiş rejimini dəyişdirərək müqavilə rejimini müəyyənləşdirir. Başqa sözlə, ər-arvad nikah müqaviləsi bağlamaqla ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq etmək imkanına malikdirlər.

DAVAMINI OXU “Nikah müqaviləsi nə deməkdir və bağlanması məcburi xarakter daşıyırmı?”

Əmək Müqaviləsi forması – Employment Agreement Sample

1462125715_vector_65_12Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən Əmək Müqaviləsi – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

DAVAMINI OXU “Əmək Müqaviləsi forması – Employment Agreement Sample”