Mohandas Karamçand Qandi kimdir və niyə məşhurdur?

Mahatma Qandi (Mohandas Karamçand Gandi), 2 oktyabr 1869-cu ildə Hindistanın Qucarat əyalətinin Porbandar şəhərində anadan olmuşdur. Qandi 13 yaşında olduğu zaman ailəsinin istəyi ilə 13 yaşındakı Kasturba Makhanji ilə evlənmiştir. Bu evliliktən Harilal, Manilal, Ramdas, Devdas adlarında dörd övladı dünyaya gəlmiştir. Ailəsi onun hüquqşünas olmasını istədiyindən Bhaunagar şəhərində olan Samaldas Kollecində təhsilini davam etdirmiş və 4 sentyabr 1888-ci ildə İngiltərədə University College Londonun hüquq fakültəsinə qəbul olmuşdur.

DAVAMINI OXU “Mohandas Karamçand Qandi kimdir və niyə məşhurdur?”

Abraham Linkoln (Abraham Lincoln)

Abraham-Lincoln-huquqsunas.azAbraham Linkoln (Abraham Lincoln) (1809-1865) Abraham Linkolnun Amerika Birləşmiş Ştatların 16-cı Prezidenti kimi tanınmasına baxmayaraq, o həmçinin tanınmış bir vəkil kimi də fəaliyyət göstərmişdir. Kentukki ştatında təhsilsiz fermerlərin ailəsində anadan olan Linkoln New Salemə,İllinoysa yollanır, orada bir sıra muzdlu işlərdə çalışır və qanunvericiliyi öyrənməyə başlayır. 1836-cu ildə imtahanları müvəffəqiyyətlə keçir və vəkil kimi fəaliyyətə başlayır. 1837-ci ildə “Stuart və Linkoln” adı firmanın həmtəsisçilərindən biri olur. Linkoln yerli qanunvericik orqanının (İllinoys) üzvü olmaqla yanaşı vəkillik fəaliyyəti ilə də məşğul olmuşdur.

DAVAMINI OXU “Abraham Linkoln (Abraham Lincoln)”

Fətəli xan Xoyski

Feteli-Xan-XoyskiXoyski Fətəli Xan İskəndər Xan oğlu (1875-1920) – hüquqşünas, Azərbaycan Demokratik Respublikası hökumətinin başçısı, ADR-in Daxili İşlər Naziri (28.05.1918 – 17.06.1918), ADR-in Xarici İşlər Naziri (26.12.1918 – 14.03.1919) (24.12.1919 – 01.04.1920)
Fətəli Xan Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olmuşdur. Atası rus ordusunun general-leytenantı idi.
O, Gəncə klasik gimnaziyasını, 1901-ci ildə isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir (1-ci dərəcəli diplom ilə 1897-ci ildə). Fətəli xan əvvəlcə Gəncədə, sonra Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə işləmişdir. Yekaterinador dairə məhkəməsində prokuror müavini təyin edilməsi Xoyskinin ictimai-siyasi fəaliyyətində yeni mərhələ olmuşdur.

DAVAMINI OXU “Fətəli xan Xoyski”