Azərbaycanda 2018-ci ildə minimum əmək haqqının məbləği

Azərbaycan, 2018-ci ildə, minimum əmək haqqı, minimum emek haqqi, 130 manat, DSMF, 2018 ucun minimum emek haqqi, Dövlət Sosial Müdafiə Fondu, ödəniş, emek haqqiAzərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında”  25 dekabr 2017-ci il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 1 yanvar 2018-ci il tarixindən 130 manat müəyyən edilmişdir. Sərəncamla Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bununla əlaqədar bir məqamı vurğulamaq lazımdır. VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər 1 yanvar 2018-ci il tarixinədək aylıq olaraq Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 23.20 AZN  ödəniş edirdilər. Bu məbləğ birbaşa olaraq minimum əmək haqqının məbləği ilə əlaqəlidir və onun 20 %-ni təşkil edir. Minimum əmək haqqının məbləği artdığından sahibkarlar tərəfindən 1 yanvar 2018-ci il tarixindən ödənilən DSMF ödənişi artaraq aylıq 26,00 (iyirmi altı) AZN (130×20%=26) olacaqdır.

DİQQƏT !!!

YAZINI FAYDALI VƏ DƏYƏRLİ HESAB EDİRSİNİZSƏ ADMİNİMİZ ÜÇÜN BAŞLADILAN TƏHSİL KAMPANİYASINA DƏSTƏK OLMANIZI VƏ YA ƏN AZINDAN FACEBOOK VASİTƏSİLƏ PAYLAŞMANIZI XAHİŞ EDİRİK !
LİNK BURADA

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir