Sabit vergi nədir? Kimlər sabit vergi ödəyicisidir?

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən 01.01.2017-ci il tarixdən bir sıra fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə sabit vergi məbləği müəyyən edilmişdir.

Sabit vergi – Fərdi şəkildə fəaliyyət göstərən fiziki şəxsin gəlirindən və dövriyyəsindən asılı olmayaraq ödədiyi dəyişilməz vergi məbləğidir.

Vergi Məcəlləsinə əsasən aşağıdakı cədvəldə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada, muzdlu işçi cəlb etmədən məşğul olan fiziki şəxslər sabit verginin ödəyicisidirlər:

Fəaliyyət növünün adı Sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ (manatla)
Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət 30
Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət 30
Çəkməçi, pinəçi 5
Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri 10
Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlər 10
Nəqqaşlıq emalatxanalarının fəaliyyəti 20

Sabit verginin ödəyicisi olan fiziki şəxs, əgər vergi orqanında uçota alınmamışdırsa, ilk növbədə qeydiyyatda olduğu ərazinin vergi orqanına və ya vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməli və VÖEN almalıdır. Fiziki şəxs yuxarıda qeyd olunan fəaliyyətə başlayanadək, vergi orqanından “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almalıdır. Həmin qəbz yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Şəxs öz istəyinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” ala bilər.Sabit verginin ödəyicisi kimi qeydiyyata necə alınmaq olar?

Sabit vergi necə hesablanır?

Cədvəldə nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

  1. Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
  2. Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində           – 1,5;
  3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində – 1,0;
  4. Digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5;

Misal: Şənliklərdə aparıcılıqla məşğul olan şəxsin aylıq sabit vergisinin məbləği ayrı-ayrı şəhərlərdə aşağıdakı qaydada hesablanır:

Bakı şəhərində – 30 manat * 2 əmsal * 1 ay = 60 manat

Gəncə şəhərində – 30 manat * 1,5 əmsal * 1 ay = 45 manat

Şəki şəhərində – 30 manat * 1 əmsal * 1 ay = 30 manat

Qazax şəhərində – 30 manat * 0,5 əmsal * 1 ay = 15 manat

____________

VÖEN nömrəsini daxil edərək vergi borcunuzu buradan öyrənə bilərsiniz.
Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi
partnyorluğu departamenti tərəfindən hazırlanmış bukleti
buradan yükləyə bilərsiniz.
Vergi Məcəlləsini buradan əldə edə bilərsiniz (Azərbaycan dilində)
Vergi Məcəlləsini buradan əldə edə bilərsiniz (İngilis dilində)

 

 

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir