Mohandas Karamçand Qandi kimdir və niyə məşhurdur?

Mahatma Qandi (Mohandas Karamçand Gandi), 2 oktyabr 1869-cu ildə Hindistanın Qucarat əyalətinin Porbandar şəhərində anadan olmuşdur. Qandi 13 yaşında olduğu zaman ailəsinin istəyi ilə 13 yaşındakı Kasturba Makhanji ilə evlənmiştir. Bu evliliktən Harilal, Manilal, Ramdas, Devdas adlarında dörd övladı dünyaya gəlmiştir. Ailəsi onun hüquqşünas olmasını istədiyindən Bhaunagar şəhərində olan Samaldas Kollecində təhsilini davam etdirmiş və 4 sentyabr 1888-ci ildə İngiltərədə University College Londonun hüquq fakültəsinə qəbul olmuşdur. Londonda olduğu müddət ərzində ət, spirtli içki bə cinsi əlaqədən uzaq olacağına dair anasına söz verən Qandi, daha sonra kor-koranə şəkildə bu inanca bağlanmağı rədd etmiş və “ətyeməzlik” (vegetarianlıq) üzərinə elmi məqalələr oxuyaraq bu inancı intellektual səviyyədə mənimsəmişdir. Hətta “ətyeməzlər dərnəyi”-nə qoşularaq idarə heyətinə seçilmiş və onun bir şöbəsini qurmuşdur. Londonda təhsil həyatını başa vuran Qandi, İngiltərə və Qalliya hüquq bürolarına girdikdən sonra Hindistana qayıtmış, lakin burada hüquqşünaslıq fəaliyyəti zamanı uğur əldə bilməmişdir. Bir müddət məktəb müəllimi işləmiş, daha sonra Rajkota geri dönərək ərizəçilik (könüllü şəkildə ərizə yazan) etməyə başlamışdır. Bir Britaniya hərbçisi ilə anlaşmazlıq yaşadığından bu işini də yekunlaşdırmış və Cənubi Afrikanın Natal əyalətinə yerləşərək burada işləməyə başlamışdır.

Mahatma Qandi həyat yoldaşı ilə

Qandi, Cənubi Afrikada hindlilərə tətbiq olunan irqçiliyə məruz qalmış və irqçiliyin səbəb olduğu sosial bərabərsizlik və haqsızlıqlar Qandinin sosial inqilabçılığının özəyini təşkil etmişdir. O, 1894-cü ildə Natal Hindi Konqresini quraraq bütün hindli cəmiyyətlərini ortaq bir dam altında toplamış və Hindlilərin yaşadığı irqçi rəftar və ayrı-seçkiliyə, sosial bərabərsizliklərə diqqətləri çəkməyi bacarmışdır.

1915-ci ildə Cənubi Afrikadan Hindistana qayıdan Qandi burada onu dəstəkləyənlər ilə birlikdə aşram (meşənin içində və ya dağda bilgin şəxslərin yaşaması üçün yer) qurmuşdur. Pis həyat şərtləri altında olan kəndlərin təmizlənməsinə, burada məktəb və xəstəxanaların qurulmasına rəhbərlik etmiş və kənd liderlərini dəstəkləmişdir. Bütün bunların nəticəsi olaraq narahatçılıq yaratdığı səbəbi ilə Qandi polis tərəfindən həbs edilmiş, lakin xalqın etirazları nəticəsində məhkəmə Qandini sərbəst buraxmışdır. Ən yadda qalan hadisə isə, onun məhkəmədə öz çalmasını çıxartmaqdan imtina etməsi olmuşdur. Bu hadisə hindistanlıları ruhlandırmışdır. Yoxsul kəndlilərə yardım edilməsi, qıtlıq bitənə qədər vergilərin qaldırılması mövzularında hökumətlə razılaşma imzalamışdır.

Xalqın sevgisini və inamını qazanan Qandiyə insanlar “ata” mənasına gələn “Bapu” və uca ruh mənasına gələn “mahatma” deməyə başladılar və beləcə Qandinin məşhurluğu bütün ölkyə yayıldı. Bütün həyatını əzilən təbəqənin mənafeyinə xidmət etməyə, sosial ədaləti bərpa edib, irqçilik və siniflərə görə bölünməni rədd etməyə və azadlıq mübarizəsinə həsr edən Qandi 20 yanvar 1948-ci ildə Yeni Delhidə Hindli bir radikal olan suiqəstçi Nathuram Godse tərəfindən vurularaq öldürülmüşdür. Ölümündən sonra külləri qablara qoyularaq anım mərasimləri üçün Hindistanın fərqli bölgələrinə göndərilmişdir.

 

MAHATMA GANDİNİN PRİNSİPLƏRİ

 *DOĞRULUQ
Həyatını Satyayı (doğruluğu) tapmağa həsr etmiş, öz xətalarından yola çıxaraq təcrübələr həyata keçirmişdir. İnanclarını “Doğruluq Allahdır” olaraq ifadə etmişdir.

 *PASSİV MÜBARİZƏ
Passiv mübarizə, Hindistan dini tarixində çox qədim bir tarixə malikdir, lakin bu düşüncəni ciddi mənada siyasi alət kimi tətbiq edən Qandi olmuşdur.

 *ƏTYEMƏZLİK
Anasının dindarlığı səbəbindən tanış olduğu ətyeməzlik, daha sonra araşdırmaları nəticəsində mənimsədiyi həyat fəlsəfəsinə çevrilmişdir. Onun düşüncəsinə görə ət yemədən bəslənmək həm insan vücuduna faydalı, həm də gəlir səviyyəsinin aşağı olduğu Hindistanda iqtisadi məqsədə xidmət etməkdədir.

*BRAHMAÇARYA
16 yaşında olduğu zaman atası xəstələnmiş və Qandi bütün xəstəliyi boyunca atasının başında olmuşdur. Bir gecə əmisi Qandiyə istirahət etməsinin lazım olduğunu demiş və onun yerinə keçmişdir. Otağına keçən Qandi fiziki istəklərinə əngəl ola bilməmiş və həyat yoldaşı ilə birlikdə olmuşdur. Qısa bir müddət sonra xizmətçidən atasının öldüyünü öyrənən Qandi böyük bir günahkarlıq və utanc hissi keçirmiş, 36 yaşında cinsəllikdən uzaqlaşmışdır. Onun fikrincə, Brahmaçarya “hisslərin düşüncə, söz və hərəkətə nəzarəti” mənasını daşımış və sevməyi öyrənmənin şəxsi məcburiliyini hiss etmişdir.

 *SADƏLİK
Qərbə uyğun həyata tərzindən imtina etmiş, lazımsız xərclərini kəsərək sadə bir həyat tərzini mənimsəmişdir.

 *İNANC
Hindli olarak doğulmuş və elə də yaşamışdır. Buddizmi, Hinduizmi, Xristianlığı ve İslam dinini təhlil etmiş və bu mövzularda saysız kitab oxumuşdur. Bütün dinlərin bərabər olduğuna inanmış və Hinduizmin onun ruhunu saflaşdırdığı və dincliyə qovuşdurduğu fikrini müdafiə etmişdir.

Tərcümə edən: Vüqar İBRAHİMOV

Mənbə: Wikipedia

DİQQƏT !!!

YAZINI FAYDALI VƏ DƏYƏRLİ HESAB EDİRSİNİZSƏ ADMİNİMİZ ÜÇÜN BAŞLADILAN TƏHSİL KAMPANİYASINA DƏSTƏK OLMANIZI VƏ YA ƏN AZINDAN FACEBOOK VASİTƏSİLƏ PAYLAŞMANIZI XAHİŞ EDİRİK !
LİNK BURADA

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir