Əmək məzuniyyətindən istifadə etmədikdə işçiyə əvəzində kompensasiya ödənilməlidir

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin birinci hissəsinə görə bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Həmin maddənin ikinci hissəsinə görə işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

Göründüyü kimi, işəgötürən öz təşəbbüsü ilə işçinin müvafiq iş ili üçün əmək məzuniyyəti hüququnu həyata keçirməsinə hər hansı səbəbdən mane ola bilməz. Yəni məsələn əgər siz işəgötürənin təqsiri üzündən 2 iş ili üçün əmək məzuniyyətdən istifadə edə bilməmisinizsə, bu hal sizin əmək hüququnuzun və qüvvədə olan əmək qanunvericiliyinin pozulmasını təsdiq edir. İki iş ili üçün əmək məzuniyyətindən istifadə edə bilmədiyinizdən, işəgötürən tərəfindən sizə həmin iş illəri üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməlidir.

Qeyd edək ki, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin hesablanması qaydası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsi ilə müəyyən edilir.

Əmək Məcəlləsinə buradan baxa biləsiniz.

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir