Uçuş aparatı (dron) almaq və ya istifadə edə bilmək üçün hansı dövlət orqanından icazə almaq lazımdır?

Son dövrlərdə dünyada məşhurluq qazanan uçuş aparatları (dronlar) ölkəmizdə yaxın gələcəkdə geniş yayılmağa başlayacaqdır. Bəs, uçuş aparatlarını (dronlar) ölkəyə gətirmək və ya istifadə edə bilmək üçün hansı dövlət orqanından icazə almaq lazımdır? Bu məsələ bir sıra qanunvericilik aktları ilə tənzimlənir.

“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” 23 dekabr 2003-cü il tarixli, 565-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahının 18-ci bəndinə əsasən məsafədən idarə edilən pilotsuz uçan aparatlar xüsusi icazə əsasında mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilər və dövriyyədə olmasına yol verilir.

Azərbaycan Respublikası Prezidentinin “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 12 sentyabr 2005-ci il tarixli, 292 nörməli fərmanı ilə mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının siyahısı müəyyənləşdirilmişdir. Həmin siyahıya 17-ci bəndinə əsasən məsafədən idarə edilən pilotsuz uçan aparatlar üçün xüsusi icazə verən əsas icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasıdır. Bundan əlavə isə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri alınmalıdır.

Sıra №-si Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar Xüsusi icazə verən icra hakimiyyəti orqanı
17 Məsafədən idarə edilən pilotsuz uçan aparatlar Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri nəzərə alınmaqla)

 

Əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün ərizəçi müvafiq xüsusi icazəni verən dövlət orqanına aşağıda göstərilən sənədləri təqdim etməlidir:

  1. – əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün aşağıdakılar göstərilmiş ərizə;

hüquqi şəxslər üçün—adı, hüquqi ünvanı, sahibkarlıq fəaliyyətinin növü;

  1. ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
  • ərizəçinin vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında müvafiq sənədin surəti;
  • əşyaların göstəricilərindən və dövriyyənin xüsusiyyətlərindən asılı olaraq:
  • qanunvericilikdə nəzərdə tutulmuş hallarda lisenziyanın surəti;
  • qanunvericilikdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının rəyi;
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «İxrac nəzarəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə 15 dekabr 2005-ci il tarixli, 230 nörməli qərarına əsasən məsafədən idarə edilən pilotsuz uçan aparatların ölkəyə idxalına və ixracına icazənin verilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir.

İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının siyahısından çıxarış:

ML10 Hərbi təyinatlı uçuş aparatları, «pilotsuz» uçuş aparatları, raketlər, onların mühərrikləri, avadanlıqları və yardımçı avadanlıqları, hərbi təyinatı üçün xüsusi düzəldilmiş komponentlər;

xüsusi təyinatlı desantın çıxarılması və endirilməsi, yüklərin atılması üçün paraşütlər

ixracı, idxalı, təkrar idacı, təkrar idxalı, tranziti üzrə:

Azərbaycan Respublikasının Nazirlər Kabineti—aidiyyəti dövlət orqanlarının rəyləri əsasında;

ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı tranziti üzrə: Azərbaycan Respublikasının Nazirlər Kabineti—aidiyyəti dövlət orqanlarının rəyləri əsasında

aidiyyəti üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti;

aidiyyəti üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin «İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı»nın təsdiq edilməsi haqqında 9 fevral 2006-cı il tarixli, 42 nömrəli qərarı ilə müəyyən edilmiş siyahıya uçuş aparatları da daxildir.

1 2 3 4
Kateqoriyalar, böl-mələr, mövqelər Adları XİF ƏN kodu Qeyd
7A003 Uçuş aparatları, yerüstü hərəkət vasitələri və kosmik aparatların yerinin müəyyən edilməsi, tuşlanması və ya idarəedilməsi üçün və aşağıdakı hər hansı bir xarakteristikaya malik olan ətalətli naviqasiya sistemləri (platformalı kardanlı və platformasız kardansız) ətalətli avadanlıqlar və onlar üçün xüsusi hazırlanmış komponentlər:
7A003.a—
7A003.b.
a.naviqasiya səhvi (təmiz ətalət) normal çıxışdan sonra saatda 0, 8 dəniz mili (dairəvi etimal olunan səhv (DEOS) 50% və ya az (yaxşı) və ya;

b.10 g-dən yuxarı xətti təcil səviyyəsində fəaliyyət göstərmək üçün təyin edilmiş

Qeyd. 7A003.a. yarımbəndi altında qeyd edilən parametrlər aşağıdakı hər hansı bir mühit şəraiti üçün tətbiq edilə bilər:

1.hüdud səviyyəsində giriş təsadüfü titrəmə birinci yarım saatda 7, 7 g səviyyəsində olduqda və bir saat vaxt ərzində ümumi sınaqlar hər bir ox boyu üç perpendikulyar istiqamətlərdə aparıldıqda təsadüfi titrəmə aşağıdakı xarakretistikalara malik olur

901410900 0
901420900 0
Xüsusi qeyd. Həmçinin 7A103 bəndinə baxın
a.gücün daimi spektral sıxlığı (GDSS) 15-dən 1000 Hs-ə qədər tezlik intervalında 0, 04 g/Hs-dir; və ya

b.GDSS 1000-dən 2000 Hs qədər tezlik intervalında tezlikdən asılı olaraq 0, 04 g/Hs-dən 0, 01 g/Hs qədər zəyifləyir; və ya

2.fırlanma və dolaşma sürəti +2, 62 rad/san. (150 qrad/san) -yə bərabərdir və ya ondan çoxdur; və ya

3. milli standartlarda göstərilən müddəalar bu qeydin 1 və ya 2 bəndlərinə ekvivalent olduqda.

Qeyd 2. 7A003 bəndinə görə sazişlərin üzv-ölkələrinin mülkü hakimiyyət orqanları tərəfin-dən mülki üçuş qurğularında istifadə üçün ser-tifikasiya edilən ətalətli naviqasiya sistemlərinə nəzarət edilmir

 

Vüqar İbrahimov

 

 

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir