Qaz, su, elektrik enerjisi üzrə təchizat müəssisələri əvvəlki illərə aid olan borcun ödənilməsini tələb etmək hüququna malikdirlərmi? İstehlakçıların belə borcları ödəməmək hüququ vardırmı?

revenue-enhancement-brochure1Cavab:

Qaz, su, elektrik enerjisi təchizatı xidmətlərinə görə ödənişlər üzrə iddia müddəti 3 il təşkil edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi). İstehlakçılar həmin borc məbləğini ödəməməkdən imtina edə bilər. Bu halda qarşı tərəf (yəni qaz, su, elektrik enerjisi üzrə təchizat müəssisələri) həmin borc məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilərlər. Lakin 3 illik iddia müddəti buraxılmışsa, onda məhkəmə bunu əsas tutaraq iddia tələbini təmin etməyəcəkdir. Nəzərə almaq lazımdır ki, məhkəmənin göstərilən əsasla iddianı təmin etməməsi üçün iddia müddətinin tətbiqinə dair ərizənin verilməsi tələb olunur (Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi).
Buna görə də cavabdeh (yəni istehlakçı) məhkəmə iclasında iddiaçı (yəni
qaz, su, elektrik enerjisi üzrə əhaliyə xidmət göstərən müəssisə) tərəfindən iddia müddətinin buraxılmasını bildirməli və iddia
müddətinin tətbiqi barədə ərizə verərək məhkəmənin iddiadan imtina haqqında qətnamə çıxarmasını xahiş etməlidir.

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir