Bridge of Spies (2015) – Casuslar Körpüsü

Hüquqşünaslar üçün tövsiyə edilən filmlərdən biri.

mv5bmjixoti0mju5nv5bml5banbnxkftztgwnzm4otk4nte-_v1_sy1000_sx675_al_

Hadisələrin baş verdiyi il 1957-ci il, Noyabr ayı, Rejissor Steven Spielberg, baş rolda Tom Hanks, mövzu ABŞ və SSRİ arasındakı Soyuq Müharibə

Bir Fox Pictures – DreamWorks Pictures şirkətlərinin istehsalı olan, dram növündə olan bu filmdə Brooklyn-də (ABŞ)  sığorta sahəsi üzrə hüquqşünas olaraq fəaliyyət göstərən bir James Donovan (Tom Hanks) bir anda Soyuq Müharibənin ortasında qalır. SSRİ-yə ABŞ-ın nüvə silahları ilə əlaqədar məlumatları ötürməkdə  təqsirli bilinən Rudolf Aben (Mark Rylance) adlı casusu müdafiə etmək tapşırılan hüquqşünas üzləşdiyi çətinliklərə baxmayaraq casusun hüquqlarını insan hüquqları çərçivəsində müdafiə etməyi bacarır. Digər tərəfdən ABŞ tərəfindən SSRİ-yə gizli olaraq göndərilən U-2 tipli təyyarənin pilotu SSRİ-nin əlinə keçir. Bundan sonra  casusların mübadiləsi üçün danışıların aparılması James Donovan-a həvalə olunur. Və maraqlı məqamlar elə bundan sonra başlayır.

Danışıqlar predmetinin mərkəzində bir tələbənin də peyda olması işləri daha da qarışıq və maraqlı edir.

Filmdə əsas göstərilməyə çalışılan casusluq məsələləri və soyuq müharibə deyil, məhz iki ölkənin hüquq sisteminin müqayisəsini izləyicinin diqqətinə çatdırmaqdır. Bunu filmi izlədikdə ən kiçik nüanslardan (nəzarət altnda olan SSRİ casusuna münasibət və s.) belə anlayacaqsınız.


Bridge of Spies (2015) on IMDb

 

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir