Abraham Linkoln (Abraham Lincoln)

Abraham-Lincoln-huquqsunas.azAbraham Linkoln (Abraham Lincoln) (1809-1865) Abraham Linkolnun Amerika Birləşmiş Ştatların 16-cı Prezidenti kimi tanınmasına baxmayaraq, o həmçinin tanınmış bir vəkil kimi də fəaliyyət göstərmişdir. Kentukki ştatında təhsilsiz fermerlərin ailəsində anadan olan Linkoln New Salemə,İllinoysa yollanır, orada bir sıra muzdlu işlərdə çalışır və qanunvericiliyi öyrənməyə başlayır. 1836-cu ildə imtahanları müvəffəqiyyətlə keçir və vəkil kimi fəaliyyətə başlayır. 1837-ci ildə “Stuart və Linkoln” adı firmanın həmtəsisçilərindən biri olur. Linkoln yerli qanunvericik orqanının (İllinoys) üzvü olmaqla yanaşı vəkillik fəaliyyəti ilə də məşğul olmuşdur.
Tez bir zamanda İllinoysda çox tanınmış vəkillərdən birinə çevrilən Linkoln, vəkillik etdiyi müddət ərzində tibb xidməti göstərərkən sui-istifadələrə yol vermə, korporativ hüquq pozuntuları, qətl, böhtan, dələduzluq və digər məhkəmə işlərində iştirak etmişdir. İmkansız ailələrin müdafiəsini qonorar almadan həyata keçirirdi. “İllinoys Sentral” dəmir yolu qurumunun da hüquqşünası olan Linkoln 400-ü Ali Məhkəmə olmaqla 5100 məhkəmə işlində iştirak etmişdir. Onun 20 ildən çox vəkillik fəaliyyətindəki uğurlara nəzər yetirdikdə bu təcrübəsinin ona gələcəkdə siyasətdə kifayət qədər ustalıqla iş görməyə kömək etdiyi açıq görünür. O həmçinin geniş natiqlik (ritorika) bacarığı ilə kütləni öz arxasıyca apramağa və cəmiyyətdə baş verən proseslərə təsir göstərməyə qadir idir.

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir