Fətəli xan Xoyski

Feteli-Xan-XoyskiXoyski Fətəli Xan İskəndər Xan oğlu (1875-1920) – hüquqşünas, Azərbaycan Demokratik Respublikası hökumətinin başçısı, ADR-in Daxili İşlər Naziri (28.05.1918 – 17.06.1918), ADR-in Xarici İşlər Naziri (26.12.1918 – 14.03.1919) (24.12.1919 – 01.04.1920)
Fətəli Xan Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olmuşdur. Atası rus ordusunun general-leytenantı idi.
O, Gəncə klasik gimnaziyasını, 1901-ci ildə isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir (1-ci dərəcəli diplom ilə 1897-ci ildə). Fətəli xan əvvəlcə Gəncədə, sonra Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə işləmişdir. Yekaterinador dairə məhkəməsində prokuror müavini təyin edilməsi Xoyskinin ictimai-siyasi fəaliyyətində yeni mərhələ olmuşdur.

Fətəli xan Xoyski 19 iyun 1920-ci ildə Tiflisdə erməni terrorçuları Aram Yergenyan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib. Terror aktı nəticəsində Xəlil bəy Xasməmmədov (Cümhuriyyətin ədliyyə və daxili işlər naziri) ağır yaralanıb.

Məşhur çıxışı:

1918-ci il sentyabrın 15-də Bakının oyuncaq Sentrokaspi qüvvələrindən təmizlənməsi münasibətilə Fətəli xan Xoyski çıxış edərək demişdir: “Bizim də həyatda yaşamağa, bizim də azad yaşamağa hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər, mina və sairə texniki qurğu, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır.” (Azərbaycan qəzeti, 19. IX. 1918. № 2)

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir