Şərti maliyyə vahidi haqqında

Şərti maliyyə vahidi haqqında

 AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqlarının, dövlət rüsumlarının, birdəfəlik rüsumların, cərimələrin, maliyyə sanksiyalarının və digər ödənişlərin hesablanması qaydalarını müəyyən edir.

Maddə 1. Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqları, dövlət rüsumları, cərimələr, maliyyə sanksiyaları və digər ödənişlər, əgər mütləq rəqəmlərlə müəyyən edilmirsə, şərti maliyyə vahidi ilə hesablanır.[1]

Maddə 2. Şərti maliyyə vahidi 1 manat 10 qəpik məbləğində müəyyən edilsin.[1]

Maddə 3. Bu Qanun qüvvəyə minənədək qəbul edilmiş Azərbaycan Respublikasının qanunlarında bu Qanunun 1-ci maddəsində göstərilən hallarda “minimum əmək haqqı” sözləri ismin müvafiq hallarında “şərti maliyyə vahidi” sözləri ilə əvəz edilsin.

Maddə 4. Bu Qanun 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 26 dekabr 2000-ci il

№ 48-IIQ

_______________________________________

Qanuna edilmiş dəyişiklik və əlavələr

[1] 20 sentyabr 2005-ci il tarixli 990-IIQD nömrəli  Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 993) ilə 1-ci maddədən “birdəfəlik rüsumlar, ” sözləri çıxarılmışdır.

[2] 21 oktyabr 2005-ci il tarixli 1031-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1004) ilə Qanunun 2-ci maddəsində “5500 manat” sözləri “1 manat 10 qəpik” sözləri ilə əvəz edilmişdir.

 

DİQQƏT !!!

YAZINI FAYDALI VƏ DƏYƏRLİ HESAB EDİRSİNİZSƏ ADMİNİMİZ ÜÇÜN BAŞLADILAN TƏHSİL KAMPANİYASINA DƏSTƏK OLMANIZI VƏ YA ƏN AZINDAN FACEBOOK VASİTƏSİLƏ PAYLAŞMANIZI XAHİŞ EDİRİK !
LİNK BURADA

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir