Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin konstitusion hüquqi statusundakı problemli məqamlar

konstMəqalə Konstitusiya Məhkəməsinin hakimiyyət sistemində tutduğu mövqeyi qiymətləndirmə istiqamətindədir. Bundan əlavə onun yaradılmasını zəruri edən şərtlər, bununla bağlı nəzəriyyələr və onların müasir dövrdə əsaslandırılması, fəaliyyətinin əhəmiyyətindən də bəhs edilir. Əsas olaraq, burada onun aid olduğu hakimiyyət qolu ilə səlahiyyətlərinin xarakterinin uzlaşma məsələsi, qanunvericilikdə onun üçün müəyyən olunmuş hüquqi statusun uyğun olub-olmaması, funksiyasının digər hakimiyyət orqanlarının yerinə yetirdiyi funksiyalarla toqquşma məqamlarından bəhs edilir. Bu məsələlərlə bağlı ABŞ, Fransa, İtaliya və başqa xarici dövlətlərin təcrübəsinə də müraciət edilərək müqayisəli təhlil aparılmış, müsbət və mənfi tərəflər qiymətləndirilmişdir. Son olaraq mövcud olması məqsədəuyğun və effektiv hesab edilən tövsiyələr məqalənin nəticə hissəsində əks olunmuşdur.

Məqaləni yüklə

mənbə: lr.bsulawss.org

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir